Image

Naxçıvanda bir ailənin dörd üzvü salatdan zəhərlənib

Naxçıvan Muxtar Respublikasında bayram günlərində zəhərlənmə halları qeydə alınıb.

BAKU.WS Apa-ya istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən bayram günlərində 8 zəhərlənmə halının qeydə alındığı bildirilib.Onlardan 4-ü bir ailənin üzvləridir və salatdan zəhərləniblər.

Digər zəhərlənmələr xiyar turşusu, qarışıq qida, istidə qalmış ət yeməyindən olub. Xəstələrdən 2-nə stasionar, 6-na isə ilkin yardım edildikdən sonra ambulator müalicə təyin edilib.

Hazırda hamısının vəziyyəti normaldır.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

Sabahın hava proqnozu

Faktiki hava açıqlanıb

Azərbaycan nefti ucuzlaşıb