Bir ailənin dörd üzvü salatdan zəhərlənib
Naxçıvan Muxtar Respublikasında bayram günlərində zəhərlənmə halları qeydə alınıb.
Gundem.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, bayram günlərində muxtar respublikada 8 zəhərlənmə halı qeydə alınıb. Onlardan 4-ü bir ailənin üzvləridir və salatdan zəhərləniblər.
Digər zəhərlənmələr xiyar turşusu, qarışıq qida, istidə qalmış ət yeməyindən olub. Xəstələrdən 2-nə stasionar, 6-na isə ilkin yardım edildikdən sonra ambulator müalicə təyin edilib.
Hazırda hamısının vəziyyəti normaldır.
Mənbə: gundem.az