Yasamalda avtomobil yanıb
Bakı şəhərinin Yasamal rayonunda “Hyundai” markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları yanıb.
BAKU.WS FHN-ə istinadən xəbər verir ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
BAKU.WSMənbə: baku.ws