Goranboyda maşın atla toqquşdu, yaralanan var
Goranboyda minik maşını atla toqquşub.
Gundem.az xəbər verir ki, "Unikal"ın məlumatına görə, hadisə Balakürd kəndi ərazisində qeydə alınıb. Belə ki, "VAZ 2106" markalı avtomobil qəfil qarşısına çıxan ata çırpılıb.
Qəza nəticəsində 1999-cu il təvəllüdlü Tərtər rayon sakini Əhmədli Səxavət Sərdar oğlu xəsarət alıb və ona xəstəxana şəraitində tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: gundem.az