Azərbaycanda estrada müğənnisi vəfat etdi - FOTO
“Təbriz” qrupunun rəhbəri, estrada müğənnisi Vüqar Yusubov dünyasını dəyişib.
BAKU.WS xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə bildiriblər.
Xatırladaq ki, əslən İmişlidən olan Vüqar Yusubov 80-ci illərin sonunda azərbaycanlı milyoner Cənnət Əliyevin Rusiyada yaratdığı “Təbriz” qrupunun rəhbəri olub.
Qrupun ifa etdiyi “Təbriz” mahnısı öz dövrünün hit mahnısı idi.
BAKU.WS



Mənbə: baku.ws