Image

Azərbaycanda doğuş zamanı ana öldü

Bu gün Beyləqan Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində ölüm hadisəsi baş verib.

Gundem.az azxeber.com-a istinadla bildirir ki, səhər saatlarında icra olunan doğuşdan sonra ana qanaxma səbəbindən dünyasını dəyişib, körpə isə sağdır.

Mərhumun yaxınlarının verdiyi məlumata görə bu, ananın dördüncü hamiləliyi olub. Yeni doğulan körpədən əlavə, ailənin üç azyaşlı övladı daha var.

Qeyd edək ki, ana bu gün dəfn olunub.

Mənbə: gundem.az

Xəbər lenti

Sabahın hava proqnozu

Faktiki hava açıqlanıb

Azərbaycan nefti ucuzlaşıb