Image

Seçicilər Baydenin yenidən prezident olmasını istəmir – SƏBƏB

ABŞ prezidenti Co Baydenin 81 yaşı tamam olub. Gələn il keçiriləcək prezident seçkilərində yenidən namizəd olacağını açıqlayan Baydenin yaşı seçiciləri ən çox narahat edən məsələlərdən biridir.

 Gundem.az "Sfera.az"-a istinadən  xəbər verir ki, bu barədə “Sabah” məlumat yayıb.

Məlumada qeyd olunub ki, Bayden qoca olmasından narahat olan seçicilərə yumorla yanaşaraq yaşının və ictimai həyatdakı yarım əsrdən çox təcrübəsinin Amerikanın problemlərinin həllində böyük rolu olduğuna inandırmağa çalışıb.

Seçicilərin 77 faizi, o cümlədən demokratların 65 faizi Baydenin prezident olmaq üçün çox yaşlı olduğunu desə də, yalnız 39 faizi Baydenin prezidentlik üçün kifayət qədər cavan olduğunu düşünür.

Mənbə: gundem.az

Xəbər lenti