Image

Erməni general Qarabağ sakinini yaraladı

Ermənistan Silahlı Qüvvələrin Baş Qərargah rəisinin keçmiş müavini Tiran Xaçatryan saxlanılıb.

Gundem.az xəbər verir ki, bu barədə ArmLur.am portalı məlumat yayıb.

Onun İrəvandakı otellərdən birində gizləndiyi bildirilib.

Bundan əvvəl, mətbuatda Xaçatryanın sərxoş halda münaqişə zamanı restoranda atəş açması, tədbirin qonaqlarından birini yaralaması barədə məlumatlar yayılıb.

Zərərçəkmiş şəxsin Qarabağın erməni sakini olan Hrayr Mnatsakanyan olduğu bildirilir. O, tibb müəssisəsinə müalicəyə aparılıb.

Xatırladaq ki, general-leytenant Tiran Xaçatryan Ermənistanın Milli Qəhrəmanıdır.

Mənbə: gundem.az

Xəbər lenti

Sabahın hava proqnozu

Faktiki hava açıqlanıb

Azərbaycan nefti ucuzlaşıb