Image

Ödənişli yolda ağır qəza - Ölən və yaralananlar var

Bakı-Quba-Rusiya ödənişli avtomagistralının Şabrandan keçən hissəsində ölüm və xəsarətlə nəticələnən nəqliyyat hadisəsi baş verib.

BAKU.WS report-a istinadən xəbər verir ki, "BMW" markalı avtomobili ödənişli yolda idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Belə ki, qəza nəticəsində sürücü Cəfər Həsənov hadisə yerində aldığ xəsarətlərdən ölüb.

Avtomobildə olan digər sərnişinlər 2002-ci il təvəllüdlü Emin Xudiyev və 2003-cü il təvəllüdlü Nərmin Təhməzova müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar xəstəxanaya çatdırılıblar.

Hər üç şəxs Bakı şəhər sakini olublar.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

Sabahın hava proqnozu

Faktiki hava açıqlanıb

Azərbaycan nefti ucuzlaşıb