Image

Kürdəmirdə ağır qəza: Xəsarət alanlar var - FOTO

Kürdəmirdə ağır yol qəzası baş verib, xəsarət alanlar var.

Gundem.az report-a istinadən xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Qarasaqqallı kəndindən keçən hissəsində qeydə alınıb.

"VAZ-2106" markalı avtomobil həmin yolda hərəkətdə olarkən əks istiqamətdə gələn "VAZ-21011" markalı nəqliyyat vasitəsi ilə toqquşub.

Nəticədə hər iki avtomobildə olan 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hazırda faktnan bağlı araşdırma aparılır.

Mənbə: gundem.az

Xəbər lenti

ADY yay qrafikinə keçir