Image

Salyana yağan qar elektrik enerjisinin verilişində çətinliklər yaradıb

Salyanda qarın yağması elektrik enerjisinin verilişində çətinliklər yaradıb.

“Report”un məlumatına görə, səhər saatlarında küləklə müşahidə olunan yağış axşam qara çevrilib. Bəzi yerlərdə qarın hündürlüyü 3-5 santimetrə çatıb.

Sakinlərin sözlərinə görə, küləklə müşahidə olunan qarın yağması bəzi transformatorları işlək vəziyyətindən çıxarıb. Nəticədə rayonun Şorsulu və Sarvan ərazi vahidliklərində enerjinin verilişində fasilələr yaranıb. Şəhər əhalisinin bir hissəsi işıqsız qalıb.

Hazırda aidiyyəti qurumlar tərəfindən transformatorlarda yaranmış nasazlıqların aradan qaldırılması istiqamətində işlər aparılır.

Mənbə: gundem.az

Xəbər lenti

Sabahın hava proqnozu

Faktiki hava açıqlanıb

Azərbaycan nefti ucuzlaşıb

Kadir İnanır vəfat edib