Türkiyədə 95 tələbə tantunidən zəhərləndi - FOTO
Türkiyədə 95 tələbə tantunidən zəhərlənib. BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, Kastamonu şəhərində tələbələr qaldıqları yataqxanada tantunidən zəhərləniblər. Onların 72-si təcili olaraq xəstəxanaya yerləşdirilib. Ürək bulantısı, baş gicəllənməsi yaşayan tələbələrin hazırda vəziyyətinin yaxşı olduğu bildirilib. Tələbələrin axşam yeməyi zamanı tantunidən zəhərləndikləri bildirilib. Faktla bağlı araşdırmalara başlanılıb. BAKU.WS
Mənbə: baku.ws