Image

"Mağazanın içində dava düşürdü" - VİDEO

Onlar sağ olsa da, dünyadan köçsə də, zəhməti yaddaşımızdan silinmir. Lakin istərdim ki, valideynlərimizə sağ ikən dəyər verək. İstərdim ki, bu mahnını da atamın sağlığında oxuyardım.

Gundem.az xəbər verir ki, bu sözləri müğənni Üzeyir Mhedizadə ötən gün Nanə Ağamalıyevanın ATV-də yayımlanan "7 Tamam" verilişində atasına həsr etdiyi "Atam mənim" mahnısı haqqında danışarkən deyib. O, bildirib ki, mahnını oxumaqda gecikib:

"Onunla qürur duymuşam, atanı övladı qədər, övladı da ata qədər tanıyan olmaz. Tanıyanlar da bilir ki, mənim üçün həqiqətən böyük şəxsiyyət olub, ondan əsl kişilik məktəbini görmüşəm. Duruşu, danışığı, ehtiyatlı davranmağı... Az da da olsa məndə yaxşı xüsusiyyətlər görürsünüzsə, bunların hamısını onda görüb öyrənmişəm".

Müğənni həmçinin atası ilə vidalaşmasından da söz açıb:

"Müəyyən deyəcəyi şeylər var idi, istəmrəm onun açıqlamasını verim. Bu, ailədaxili söz idi. Ölümündən neçə gün öncə deyəcəyini dedi. Dedim ki, hələ tələsirsən. Cavab verdi ki, sən məni eşit".

Ü.Mehdizadə həm də atasının çətin adam olduğunu bildirib:

"Öz ayağı üstə durmağa çalışan adam olub. Deyirdim ki, gedək mənlə paltar almağa, bax gör necədi. Orda göz qaş edirdim ki, o köynəyi atama verin. Mağazanın içində dava gedirdi, "sənə demişəm ki, özünə bax bəsdi, mənə görə zəhmət çəkmə" deyirdi".

Mənbə: gundem.az

Xəbər lenti