Image

Nəvəsini dərsdən gətirən kişi BUZLU YOLDA YIXILIB öldü

Biləsuvarda 66 yaşlı kişi nəvəsini məktəbdən gətirərkən buz üstündə yıxılaraq ölüb.

Gundem.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, hadisə axşam saatlarında baş verib. 

Biləsuvar şəhər sakini, 1958-ci il təvəllüdlü Cəmil Rəhimov piyada yolunda hərəkətdə olarkən yıxılıb. O, başından aldığı ağır xəsarətlə rayon xəstəxanasına çatdırılarkən yolda ölüb.

Bildirilir ki, 66 yaşlı kişi nəvəsini məktəbdən gətirərkən buzlu yolda yıxılıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: gundem.az

Xəbər lenti

Sabahın hava proqnozu

Faktiki hava açıqlanıb

Azərbaycan nefti ucuzlaşıb

Kadir İnanır vəfat edib