Türkiyədə dəhşətli qəza: 9 ölü, 30 yaralı var - FOTO
Türkiyədə ağır-yol nəqliyyatı hadisəsi baş verib.
BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Mersin şəhərinin Aydıncık rayonunda baş verib.
Dəhşətli avtobus qəzasında 9 nəfər həyatını itirib, 30 nəfər yaralanıb.
Marmarisdən Mardinə gedən və sürücüsünün adı hələlik məlum olmayan nəqliyyat vasitəsi Yenikaş Məhəlləsi Sarıyar Tunel çıxışında baryerə çırpılaraq aşıb.
Əraziyə jandarma, AFAD və xilasetmə qrupları cəlb edilib.
Yaralılar təcili yardım maşınları ilə xəstəxanalara aparılıb.
BAKU.WS


Mənbə: baku.ws