Sumqayıtda fəhlə qumun altında qalaraq ÖLDÜ
Sumqayıtda 47 yaşlı fəhlə faciəli şəkildə ölüb.
Gundem.az Report-a istinadən xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsində tikinti şirkətində qeydə alınıb.
Belə ki, 1977-ci il təvəllüdlü Bağırov Nazim Xeyrulla oğlu qumun altında qalaraq ölüb.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.
Mənbə: gundem.az