Image

Bakıda minik avtomobili qəfl alışıb yandı - VİDEO

“112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Gundem.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğının qarşısı alınaraq qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində “AzSamand” markalı minik avtomobilinin mühərriki və elektrik lövhəsinin yanar hissələri qismən yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Mənbə: gundem.az

Xəbər lenti

Faktiki hava açıqlanıb

Azərbaycan nefti ucuzlaşıb

Kadir İnanır vəfat edib