Image

Bakıda avtobus avtomobilə çırpılıb, 6 yaşlı uşaq xəsarət alıb

Bakının Suraxanı rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, sərnişin avtobusu hərəkətdə olarkən qarşıda gedən minik avtomobilinə çırpılıb.

Hadisə zamanı minik avtomobilində olan 6 yaşlı Hacıyev Saleh Vahid oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

Faktiki hava açıqlanıb

Azərbaycan nefti ucuzlaşıb

Kadir İnanır vəfat edib