Image

6 gündür Lənkəranın Təngivan kəndində işıq problemi niyə həll edilmir? - ŞİKAYƏT

Bir həftə öncə ölkə ərazisinə yağan ilk qar hər yanı ağ örpəyə bürüsə də özü ilə "qaranlıq" da gətirib.

BAKU.WS-in "qaynar xətti"nə daxil olan məlumata görə, hazırda bəzi kəndlərə 6 gündür elektrik enerjisi verilmir. 

Belə bölgələrimizdən biri də Lənkəran rayonunun Təngivan kəndidir.

Redaksiyamıza şikayət edən kənd sakininin sözlərinə görə, yağan qardan sonra, işıqla bağlı müvafiq qurumlara müraciət etsələr də 6 gün sonra əraziyə texniki baxış üçün kran və 2 işçi göndərilib. Ancaq bu da məsələnin həllinə səbəb olmayıb.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

Azərbaycan nefti ucuzlaşıb

Kadir İnanır vəfat edib

Sabahın hava proqnozu