Image

Naxçıvanda bir ailənin 3 üzvü dəm qazından zəhərlənib

Naxçıvanda bir ailənin 3 üzvü dəm qazından zəhərlənib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə bu gün Naxçıvan şəhərində qeydə alınıb. Dəm qazından Naxçıvan şəhər sakinləri, 1986-cı il təvəllüdlü Cəfərova Sevinc Yaqub qızı, 2005-ci il təvəllüdlü Qasımova Rəna Tural qızı və Qasımov Hüseyn Tural oğlu zəhərləniblər.

Onlar Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

İlkin tibbi yardım göstərilən zərərçəkənlərin vəziyyətləri normaldır.

Verilən məlumata görə, onlar bu gün evə buraxılacaqlar.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

Kadir İnanır vəfat edib

Sabahın hava proqnozu

Faktiki hava açıqlanıb