Image

Azərbaycanda zəlzələ baş verib

Quba seysmoloji stansiyasından 38 kilometr şimal-şərqdə, Xaçmaz rayonunda zəlzələ baş verib.

Bu barədə BAKU.WS-ə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Yerli vaxtla saat 20:33-də qeydə alınan zəlzələnin maqnitudası 3,0 olub. Ocağı 2 kilometr dərinlikdə yerləşən yeraltı təkan hiss olunmayıb.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

ADY yay qrafikinə keçir