Image

"Telegram" bu məlumatları silmədiyi üçün 4 milyon rubl CƏRİMƏLƏNDİ

Moskvanın Taqanski Rayon Məhkəməsi "Telegram" messencerini 4 milyon rubl cərimələyib.

Gundem.az xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb.

"Telegram Messenger Inc." sənədin 2-ci hissəsinə uyğun olaraq inzibati xəta törətməkdə təqsirli bilinir. Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 13.41-ci maddəsinə əsasən o, 4 000 000 (dörd milyon) rubl məbləğində inzibati cərimə cəzasına məhkum edilib", - məlumatda deyilir.

Protokoldan belə görünür ki, şirkət xüsusilə Rusiya ordusu ilə bağlı yalan məlumatların, habelə ekstremist fəaliyyətə və ölkədə sabitliyin pozulmasına haqq qazandırmağa yönəlmiş məlumatların silinməsi üçün tədbirlər görməyib.

2023-cü ilin avqustunda "Telegram Messenger Inc." Rusiya Federasiyasında ilk dəfə olaraq rusiyalı istifadəçilərin məlumatlarını lokallaşdırmaqdan imtina etdiyinə görə cərimələnib. Cərimə 50 min rubl təşkil edib.

Xəbər lenti

Sabahın hava proqnozu

Azərbaycan nefti ucuzlaşıb