Şirvanda zavodda partlayış: Xəsarət alanlar var - YENİLƏNİB
Müdafiə Sənayesi Nazirliyinin müəssisəsində partlayış baş verib.
Hadisə Şirvan şəhərindəki “Araz” zavodunda qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır, ölən və yaralananların olub-olmaması dəqiqləşdirilir.
Müdafiə Sənayesi Nazirliyindən “Report”a bildirilib ki, məlumat hazırda dəqiqləşdirilir.
***16:02
Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərindəki “Araz” zavodunda partlayış baş verib.
BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, hadisə nəticəsində yaralıların olduğu bildirilir.
Bu barədə ilk məlumatı mətbuat.az yayıb.
BAKU.WSMənbə: baku.ws