"Gəl qohum olaq" filminin aktyorları 22 İL ƏVVƏL VƏ SONRA - FOTO
"Gəl qohum olaq" tammetrajlı televiziya film-tamaşasının aktyorlarının illər sonrakı görüntüsü yayılıb.
BAKU.WS xəbər verir ki, Əməkdar artist Rafael İsgəndərov sosial şəbəkədə həmkarlarının 22 il əvvəl və indiki şəkillərini müqayisəli şəkildə izləyiciləri ilə bölüşüb.
Fotoda ekran işində rol alan Xalq artisti Yasin Qarayev və Əməkdar artist Şəfəq Əliyeva yer alıblar.
"Gəl qohum olaq" tamaşasında Yasin Qarayev Camal, Şəfəq Əliyeva isə Mehriban obrazını canlandırıb.
Layihə ilk dəfə tamaşaçılara 2001-ci ildə təqdim edilib. Ekran əsərində Əməkdar artist Rafael İsgəndərov (Qarakişi) da rol alıb. Onun tərəf müqabili Əməkdar artist İlahə Səfərova (Minayə) olub. Onlar bir-birini sevən iki aşiqi canlandırıblar.
BAKU.WS