Image

Ağcabədidə 7 yaşlı uşaq bıçaqlanıb, şübhəli şəxs saxlanılıb

Ağcabədi rayonunda azyaşlı bıçaqlanıb.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, hadisə fevralın 4-də axşam saatlarında baş verib.

2019-cu il təvəllüdlü oğlan bıçaq xəsarəti ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Azyaşlı dərhal əməliyyat olunub.

Məlumata görə, azyaşlını bıçaqlayan şəxsin kimliyi müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: baku.ws

Xəbər lenti

Gədəbəyə dolu yağıb

Tramp Paşinyanı təbrik edib