Image

Müğənni Rüfət Mehdiyevin vəfatından 13 il ötür - FOTO

Bu gün müğənni Rüfət Mehdiyevin anım gündür. Sənətçinin vəfatından artıq 13 il ötür.

BAKU.WS xəbər verir ki, Rüfət Sabir oğlu Mehdiyev iyulun 7-də 1969-cu ildə Bakıda doğulub.

O, 1976-1986-cı illərdə 26 Bakı Komissarı adına Mədəniyyət sarayının piano sinfində, 1986-1992-ci illərdə isə Azərbaycan Dövlət Universitetinin geoloji coğrafiya fakültəsində təhsil alıb. 1989-cu ildən musiqi ilə məşğul olub.

1992-ci ildən isə müğənnilik fəaliyyətinə başlayıb.İfaçı "Həyatı sevirəm", "Darıxdım", "İl keçdi", "Druzya", "Odlar yurdum" kimi sevilən mahnılar səsləndirib.

2004 və 2008-ci illərdə "Space TV"-də çəkilən "Qış nağılı" və "Baharın nağılı" film-verilişlərində iştirak edib. 

Rüfət Mehdiyev 2011-ci ilin fevralın 1-də dünyasını dəyişib.

42 yaşlı müğənninin ölümünə səbəb insult olub. O, Nizami rayon qəbristanlığında dəfn edilib.

İfaçı ailəli idi. Onun üç qızı, bir oğlu var.

BAKU.WS

Xəbər lenti