Image

Gəncədə zavod yanır

Gəncə şəhərində Cihazqayırma zavodunda yanğın başlayıb.

Gundem.az xəbər verir ki, publika.az-ın yerli bürosu xəbər verir ki, müəssisə şəhərin Vəli Xuluflu küçəsində yerləşir.

İlkin məlumata görə, hadisə anidən baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən briqadası və 4 yanğınsöndürən maşını cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.

Mənbə: gundem.az

Xəbər lenti

ADY yay qrafikinə keçir