Bakıda 44 yaşlı kişi dəm qazından BOĞULDU
Bakıda 44 yaşlı kişi dəm qazından boğulub.
Gundem.az xəbər verir ki, hadisə paytaxtın Lökbatan ərazisində qeydə alınıb.
Cəlilabad rayon sakini, 1980-cı il təvəllüdlü Xalid Əmrahov müvəqqəti yaşadığı Lökbatan qəsəbəsindəki evinin hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: gundem.az