Image

Cəlilabadda 22 yaşlı gənc intihar etdi

Cəlilabad rayonunda intihar hadisəsi baş verib.

Gundem.az  report-a istinadən xəbər verir ki, hadisə rayonun Səttarxan adlı yaşayış massivində qeydə alınıb.

Belə ki, rayon sakini, 2002-ci il təvəllüdlü Ə.Məmmədov özünü asaraq, həyatına son qoyub.

Onun intihar etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: gundem.az

Xəbər lenti

Azərbaycan nefti bahalaşıb