Image

Mədəniyyət Nazirliyi Füzulidə Mərkəzi Kitabxana binasında baş verən yanğınla bağlı məlumat yayıb

Mədəniyyət Nazirliyi Füzulidə Mərkəzi Kitabxana binasında baş verən yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən BAKU.WS-ə bildirilib ki, yanğın fevralın 5-də təqribən saat 18:30 radələrində Füzuli rayon 1-ci Zobcuq qəsəbəsində yerləşən Füzuli rayon Mərkəzi Kitabxanasının inzibati binasında qeydə alınıb.

Yanğın qeyri-iş saatında baş verdiyi üçün əməkdaşlar işdə olmayıb, bu səbəbdən xəsarət alan yoxdur.

FHN-nin əməkdaşlarının müdaxiləsi nəticəsində yanğının yayılmasının qarşısı alınıb. Hazırda vəziyyət nəzarət altındadır. Dəymiş ziyanın həcmi, hadisənin baş vermə şəraiti araşdırılır.

Araşdırma yekunlaşdıqdan sonra nəticə barəsində məlumat veriləcək.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

Azərbaycan nefti bahalaşıb