Image

12 yaşlı qız faciəvi şəkildə öldü

Ağsuda dəm qazından ölüm hadisəsi baş verib.

Gundem.az qafqazinfo-ya istinadən xəbər verir ki, Ağsu şəhər S.Rzayev küçəsində yaşayan 2012-ci il təvəllüdlü Sadıqova Fidan Valeh qızı hamam otağında dəm qazından zəhərlənib.

O, Ağsu rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada göstərilən ilkin tibbi yardıma baxmayaraq 12 yaşlı qız xəstəxanada dünyasını dəyişib.

Mənbə: gundem.az

Xəbər lenti