Azərbaycanda birinci kurs tələbəsi faciəvi şəkildə öldü - FOTO
Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi yol qəzası nəticəsində dünyasını dəyişib.
Bu barədə universitetin sosial şəbəkə hesabında məlumat yayılıb.
Bildirilib ki, Tarix və coğrafiya fakültəsi tarix müəllimliyi fakültəsinin 1-ci kurs tələbəsi Əzizə Qalib qızı Əsgərova baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vəfat edib.
BAKU.WS
Mənbə: baku.ws