Image

21 yaşlı atlet intihar etdi - FOTO

Ürək ritminin pozulması diaqnozu qoyulan 21 yaşlı isveçli idmançı Emilia Brangefalt yaşadığı stressin öhdəsindən gələ bilmədiyinə görə intihar edib.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, istedadlı atlet "Chiang Mai"də 2022 Trail Dünya Çempionatının 40 km məsafəyə yarışında bürünc medal qazanmışdı.

O, həmçinin bu il İnsbrukda keçirilən dünya çempionatında beşinci olub, lakin bu yaxınlarda çox yüksək ürək döyüntüsü diaqnozu qoyulduqdan sonra idmana ara verib.

Noyabrın 4-də İnstaqram hesabında paylaşdığı məlumatda Brangefalt idmandan uzaq olduğu üçün yaşadığı fiziki və zehni çətinliklərdən bəhs edib: 

"Sadəcə yerimək mənə çox ağrı verir. Xəstəxanaya getdim və çoxlu analizlərdən, testlərdən keçdim. Hamısı normaldır. Hər şey normal çıxsa da, yaşadığım stressdən xilas ola bilmirəm".

Çərşənbə günü axşam saatlarında Brangefaltın intiharını təsdiqləyən İsveç Atletika Federasiyası öz bəyanatında bildirib:

"Emiliya son aylarında həm fiziki, həm də əqli cəhətdən çox pis idi. O, ən yaxınlarından yaxşı dəstək alsa da, noyabrın 13-də həyatına son qoydu."

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

ADY yay qrafikinə keçir