Azərbaycanda yıxılaraq başı daşa dəyən qadın ölüb
Xırdalanda yıxılaraq başı daşa dəyən qadın ölüb.
BAKU.WS report-a istinadən xəbər verir ki, Xırdalan şəhər sakini 1964-cü il təvəllüdlü Fərqanə Quliyeva yaşadığı evin həyətində yıxılaraq başı yerdəki daşa dəyib.
Nəticədə o, aldığı xəsarətdən dünyasını dəyişib.
Faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.
BAKU.WSMənbə: baku.ws