Image

Azərbaycanlı müğənni boşandı - FOTO

Azərbaycanlı müğənni Elvin Mirzəzadə boşanıb.

BAKU.WS-in xəbərinə görə, bu barədə sənətçi özü məluma verib.

"Əziz dostlar, üzülərək və təəssüf hissiylə demək istəyirəm ki, ailə həyatımı bu gün rəsmi şəkildə sonlandırdım.Düzdür, böyük əksəriyyət bu məsələni birmənalı qarşılayacaq və boşanmanı sənətimlə bağlayacaq. Ancaq səbəb qətiyyən bu deyil. Sadəcə qismət...Keçmiş həyat yoldaşıma sayqım, hörmətim olduğu kimi qalır. İstəməzdim belə olsun, ancaq hər ikimiz üçün də xeyirlisi budur deyə düşünürəm. Bu barədə artıq heç nə danışmaq istəmirəm. Yenə də "xeyirlisi " deyib, həyatıma yalnız davam edirəm. Allah hamınızı xoşbəxt eləsin", - o paylaşımında qeyd edib.

Xatırladaq ki, Elvin Mirzəzadə ötən ilin mart ayında evlənmişdi.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti