Bəstəkar Cavanşir Quliyev vəfat edib
Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev İstanbulda, müalicə aldığı xəstəxanada vəfat edib.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu barədə onun sənət dostları sosial şəbəkə hesablarından məlumat yayıblar.
Xatırladaq ki, sənətkar fevralın beşində xəstəxanaya yerləşdirilmişdi.
BAKU.WS