Əhməd birinci qətli bu ünvanda törədib - FOTOLAR
Xəbər verdiyimiz kimi, bu gün Bakıda ata və anasını, o cümlədən qardaşını öldürməkdə şübhəli bilinən Əhməd Əhmədovun daha bir cinayəti məlum olub.
Gundem.az qafqazinfo-ya istinadən xəbər verir ki, Əhməd Əhmədov qeyd olunan cinayət əməlini törətməzdən əvvəl başqa bir ünvanda bacısı - 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını da qətlə yetirib.
Hadisə Yeni Günəşlidə, "Şəms" rezidensdə baş verib.
Məlumata görə, Elmira Əhmədovanın həyat yoldaşı Rusiyada çalışır.
Məqaləyə dair fotomateriallar:

Mənbə: gundem.az