Image

Rayli Barns bu gün Xəzər İbrahim ilə görüşəcək

ABŞ dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisi  Rayli Barns bu gün ABŞ Dövlət Departamentində Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim ilə görüş keçirəcək.

Məlumatı Report agentliyi Dövlət Departamentinin bəyanatına istinadən yayıb.

Görüş bazar ertəsi yerli vaxtla saat 13:00-da (Bakı vaxtı ilə 22:00-da) başlayacaq.

Mənbə: anews.az

Xəbər lenti