Yaponiyanın Azərbaycandakı səfirliyi müvəqqəti bağlanır
Yaponiyanın Azərbaycandakı səfirliyi iki gün müddətində konsulluq xidmətləri göstərməyəcək.
Bu barədə səfirliyin sosial şəbəkə hesabında məlumat verilib.
Səfirlik konsulluq şöbəsinin müvəqqəti bağlanmasını regiondakı gərginliklə əsaslandırıb:
"Hazırda hər hansı təhdid məlumatı daxil olmasa da, Orta Şərqdəki vəziyyətin gərginləşməsi ilə əlaqədar olaraq, ziyarətçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyi bu gün və sabah (2-3 mart) konsulluq şöbəsinin fəaliyyətini müvəqqəti dayandırır".
Qeyd edək ki, qərar yalnız konsulluq şöbəsinə şamil olunur və digər diplomatik fəaliyyətlərin dayandırılması barədə məlumat verilməyib.

Mənbə: baku.ws