Image

Bakıda bir il ərzində hər 100 nəfərdən 56-sı boşanır

Bakıda qeydə alınan nikahların 56 faizi boşanma ilə nəticələnir. Bunu Milli Məclisdə çıxışı zamanı deputat Fazil Mustafa deyib. 

Onun sözlərinə görə, bu göstərici hər 100 nikahdan 56-sının bir il keçməmiş pozulması deməkdir.

Deputat qeyd edib ki, boşanmalar fonunda aliment məsələləri ciddi problemə çevrilir.

O təklif edib ki, boşanmaların səbəblərinin müəyyənləşdirilməsi və ailə mübahisələrinin qarşısının alınması məqsədilə mediasiya şurasına əlavə səlahiyyətlər verilsin.

Gülnar Nazimqızı 

Mənbə: anews.az

Xəbər lenti

Faktiki hava açıqlanıb

Sabahın hava proqnozu

Azərbaycan nefti bahalaşıb