Image

Gənc müəllim evində ölü tapıldı - FOTO

Gəncədə məktəb müəllimi evində ölü tapılıb.

Gundem.az  xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində yerləşən binaların birində qeydə alınıb.

30 yaşlı Elzar İsmaylov telefon zənglərinə və qapının döyülməsinə cavab verməyib. Bu səbəbdəndə FHN-nin 112 xidmətinə məlumat verilib.

Hadisə yerinə gələn FHN xilasediciləri təhlükəsizlik qaydalarına riayət etməklə evin qapsını açıblar. Mənzilə baxış keçirildikdə Elzar İsmaylovun meyti evin vanna otağında aşkarlanıb.

Onun meyti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə təhvil verilib.

İlkin məlumata görə E.İsmayılov ürək tutmasından ölüb.

Qeyd edək ki, Elzar İsmayılov Gəncə şəhər 12 nömrəli tam orta məktəbində məktəbdən kənar işlər üzrə təşkilatçısı olub.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: gundem.az

Xəbər lenti

ADY yay qrafikinə keçir