Image

Dağlıq ərazidə köməksiz qalan xarici vətəndaşlar xilas edilib - Video

Ötən gecə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə güclü yağıntılar səbəbindən Xızı rayonunun Fındığan kəndi yaxınlığında dağlıq ərazidə 3 nəfərin avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.Bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Siyəzən Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, içərisində 3 nəfər xarici ölkə vətəndaşının olduğu “Toyota Prado” markalı minik avtomobili yoldan çıxıb palçıqda batıb və vətəndaşlar köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi təyinatlı nəqliyyat vasitəsilə vətəndaşları təhlükəsiz əraziyə təxliyə ediblər.

 

Mənbə: anews.az

Xəbər lenti

Sabahın hava proqnozu

Azərbaycan nefti bahalaşıb