Image

Qarabağın 2 rayonuna növbəti köç yola salınıb

 Martın 11-də  Xocavəndin Qırmızı bazar qəsəbəsinə 20 ailə  olmaqla 81 nəfər, Xocalının Xanabad kəndinə isə 21 ailə olmaqla 103 nəfər köçürülüb. Bu barədə Qaçqınların və Məcburi Köçkünlər üzrə Dövlət Komitəsindən bildirilib. 

Bundan əvvəl Prezident İlham Əliyev bildirib ki, yaxın üç ildə Qarabağa Qayıdış proqramı çərçivəsində 100 min əhalinin azad olunmuş ərazilərə köçürülməsi nəzərdə tutulub.

2026-ci ilə qədər Qarabağa 16 min ailənin köçürülməsi planlaşdırlıb. 

Qarabağ azad olunadan sonra oranın yenidən qurulmasına və bərpasına 25 milyard manata yaxın vəsait xərclənib. 

Gülnar Nazimqızı 

Mənbə: anews.az

Xəbər lenti

Azərbaycan nefti bahalaşıb