Image

Bakıda 19 yaşlı qızın burnundan 10 il əvvəl özünün saldığı muncuq çıxarılıb - FOTO

Bakıda 19 yaşlı qızın burnundan 9 il əvvəl öz əli ilə saldığı muncuq çıxardılıb.

BAKU.WS xəbər verir ki, 19 yaşlı qız Xətai Tibb Mərkəzinə baş ağrıları, qaymorit şikayəti ilə gəlib.

Burnunda həmişə çirk qoxusu və başında kəskin ağrı olub, nəfəs almaqda çətinlik çəkib.

Müayinələrdən aydın olub ki, onun burnunda çəpər əyriliyi, balıqqulağı hipertrofiyası var. Həmçinin pasiyentin burnunun sağ tərəfində yad cisim (renorit) aşkarlanıb.

Əməliyyatdan sonra 10 yaşında burnuna öz əli muncuq saldığını və qorxudan indiyə qədər heç kimə demədiyini etiraf edib.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti