Traktor gölə aşdı – Ölənlər var
Hindistanda traktor gölə aşıb.
Gundem.az xəbər verir ki, qəza nəticəsində 8-i uşaq, 7-si qadın olmaqla 15 nəfər ölüb. Bildirilib ki, Hindistanın Uttar Pradeş ştatında sürücü idarə etdiyi traktoru başqa bir avtomobillə toqquşdurmaqdan yayındıraraq, gölə aşırıb.
Səlahiyyətlilər qəzada yaralananların olduğunu, axtarış-xilasetmə işlərinin davam etdiyini qeyd edib. (Sfera.az)
Mənbə: gundem.az