Image

Sarayda mənzildə yanğınla nəticələnən partlayış olub

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu ərazisində çoxmənzilli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Sumqayıt Regional Mərkəzinin qüvvələri məlumatla əlaqədar cəlb edilib.

Gundem.az report-a istinadən xəbər verir ki, yanğın yanğından mühafizə bölmələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Əlavə məlumat veriləcək.

***

Abşeron rayonu, Saray qəsəbəsində mənzildə yanğınla nəticələnən partlayış olub.

Bu barədə Gundem.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Belə ki, "112" qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar FHN-nin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Mənbə: gundem.az

Xəbər lenti