Samuxda 17 yaşlı oğlan özünü asıb
Samuxda 17 yaşlı oğlan intihar edib.
Gundem.az xəbər verir ki, "Unikal"ın məlumatına görə, hadisə rayonun Kolayır kəndində baş verib.
2004-cü il təvəllüdlü Rəhimli Nurlan Təbiz oğlu yaşadığı evdə özünü asıb.
Yeniyetmənin hansı səbəbdən intihar etməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: gundem.az