Sumqayıtda intihara cəhdin qarşısı alınıb
Sumqayıtda intihara cəhdin qarşısı alınıb.
BAKU.WS Report-a istinadən xəbər verir ki, şəhər sakini, 1992-ci il təvəllüdlü Mədətov Sabir İsmayıl oğlu naməlum səbəbdən Corat qəsəbəsində yaşadığı 2 mərtəbəli fərdi yaşayış evinin 2-ci mərtəbəsinin yarım tikilisindən özünü asaraq intihar cəhd edib.
Cəhdin qarşısı qonşusu, 1992-ci il təvəllüdlü Məmmədov Novruz Arif oğlu tərəfindən alınıb.
O dərhal xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
BAKU.WSMənbə: baku.ws