Bu şəxslərdə uzaq səfərə çıxarkən qəfil ölüm riski daha çox olur - FOTO
Uzaq məsafələrə səfər edərkən hansı insanların qan laxtalanması riskinin kimdə olduğunu açıqlayıb.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, kardioloq İqor Vidiaskin uçuşlar və ya digər səfərlər (avtobusla, qatarla) zamanı trombların əmələ gəlməsi ilk növbədə yaşlılara, hamilələrə, eləcə də kök insanlarda qəfil ölmə riskini yaratdığını bildirib.
O vurğulayıb ki, risk qrupuna varikoz damarları, dərin damar trombozu və onkoloji xəstəlikləri olan xəstələr daxildir.
Həkimin sözlərinə görə, uzun uçuş və ya səfərlər (avtobusla, qatarla) zamanı, saatlarla oturma vəziyyətində olanda, tamamilə sağlam bir insanda tromblar əmələ gələ bilər.
Ekspert qeyd edib ki, bəzən sərnişinlər təyyarədəki tualetə bir daha getməmək üçün az miqdarda maye içirlər.
Bu, bədənin içindən mayenin çıxarılmasına səbəb olur və trombonun yaranmasına kömək edir.
BAKU.WS
Mənbə: baku.ws