Rusiyada An-12 hərbi təyyarəsi qəzaya uğrayıb
Rusiyanın Kemerovo vilayətində “An-12” hərbi təyyarəsi qəzaya uğrayıb.Bu barədə vilayətin qubernatoru İlya Seredyuk “Telegram” kanalında məlumat verib.
Onun sözlərinə görə, qəza Yaqunovo kəndi ərazisində baş verib. Hadisə yerində operativ xidmətlər çalışır və region tərəfindən zəruri yardım göstərilir. Qəzanın təfərrüatları səlahiyyətli qurumlar tərəfindən müəyyənləşdirilir.
Rusiya mediasının yaydığı məlumata görə, təyyarənin 17 nəfərdən ibarət ekipajının hamısı həlak olub.
Mənbə: anews.az